Bir sıra ingilis klubu Timo Vernerə maraq göstərir » Memur.az

Bir sıra ingilis klubu Timo Vernerə maraq göstərir

Bir sıra ingilis klubu Timo Vernerə maraq göstərirAlmaniyanın “RB Leypsiq” klubunun hücumçusu Timo Verner İngiltərə Premyer Liqasına keçmək niyyətindədir.

“Bild” xəbər verir ki, “Liverpul” klubu ilə birgə “Çelsi” və “Mançester Yunayted” oyunçuya maraq göstərir.

Qeyd etmək lazımdır ki, hər üç klub artıq futbolçunun agenti Karl-Hayns Fersterlə əlaqə saxlayıb.

Hücumçunun özü isə Yurgen Klopp səbəbindən Mersisayd klubuna keçmək istəyir.