Futbol üzrə Hollandiya çempionatı rəsmən ləğv olundu » Memur.az

Futbol üzrə Hollandiya çempionatı rəsmən ləğv olundu

Futbol üzrə Hollandiya çempionatı rəsmən ləğv olunduKoronavirus pandemiyasına görə yarımçıq dayandırılmış futbol üzrə Hollandiya çempionatının taleyinə aydınlıq gəlib.

Memur.Az Hollandiya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, Erediviziyada 2019/20 mövsümünün ləğvinə qərar verib. Federasiya rəhbərliyi ilə klublar arasında keçirilən təcili iclasda ölkədəki bütün kütləvi tədbirlərin, eləcə də idman yarışlarının sentyabrın 1-dək qadağan edilməsi səbəbindən, Erediviziya və digər futbol yarışlarının da ləğvi labüd bilinib.Beləliklə, yekun qərara əsasən, Erediviziyada bu mövsüm üçün çempion elan olunmayacaq və yüksək liqanı heç bir komanda tərk etməyəcək. Yeni mövsüm hazırkı 18 klubun iştirakı ilə başlayacaq. Avrokuboklara vəsiqələrin sahibi isə turnir cədvəlindəki sıralamaya əsasən müəyyənləşəcək.

Qeyd edək ki, Hollandiya çempionatı martın 12-də koronavirus pandemiyası səbəbindən dayandırılıb. Yekun sıralamaya əsasən, “Ayaks” və “AZ Alkmaar” 56 xalla ortaq liderlik edirdi.