UEFA-dan Azərbaycan millisinin menecerinə TƏYİNAT » Memur.az

UEFA-dan Azərbaycan millisinin menecerinə TƏYİNAT

UEFA-dan Azərbaycan millisinin menecerinə TƏYİNATAzərbaycan millisinin meneceri və AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmova UEFA tərəfindən təyinat verilib.

Bununla bağlı AFFA məlumat yayıb. 

UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək “İnter” (İtaliya) – “Renn” (Fransa) oyununun UEFA nümayəndəsi həmyerlimiz olacaq.

Qarşılaşma martın 3-də İtaliyadakı “Ernesto Breda” stadionunda baş tutacaq.