Qadın millimizin Niderlandda oynayacağı heyəti açıqlandı » Memur.az

Qadın millimizin Niderlandda oynayacağı heyəti açıqlandı

Qadın millimizin Niderlandda oynayacağı heyəti açıqlandıQadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının heyəti dəqiqləşib. 

Oxu.Az xəbər verir ki, baş məşqçi Vasif Talıbov 11 günlük təlim-məşq toplanışının yekununa əsasən Niderlandda keçiriləcək Avropa Olimpiya Lisenziya turnirində güvənəcəyi oyunçuları müəyyənləşdirib.

O, yanvarın 7-12-də Apeldoorn şəhərində baş tutacaq yarışda aşağıdakı voleybolçulara güvənəcək:

Toppaylayıcılar: 14. Kristina Yaqubova, 18. Şəfaqət Alışanova;

Blokçular: 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk;

Hücumçular: 3. Anastasiya Qurbanova, 4. Nelli Salbişvili, 8. Yelizaveta Səmədova, 10. Nikalina Başnakova, 17. Polina Rəhimova, 20. Marqarita Əzizova;

Liberolar: 16. Yuliya Kərimova, 19. Bəyaz Alıyeva
 
Qeyd edək ki, yığmamız yarışda A qrupunda mübarizə aparacaq. Komandamız Niderland, Polşa və Bolqarıstanla qüvvəsini sınayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Belçika və Xorvatiya voleybolçuları güclərini yoxlayacaq. 

Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcək. Burda çarpaz olaraq üz-üzə gələcək yığmalar ardınca finalçını müəyyənləşdirəcəklər. Həlledici görüşdə isə Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komandanın adı dəqiqləşəcək.