İbrahimoviç yenidən “Milan”da » Memur.az

İbrahimoviç yenidən “Milan”da

İbrahimoviç yenidən “Milan”da“Los-Anceles Qalaksi”nin sabiq hücumçusu Zlatan İbrahimoviçin yeni klubunun adı rəsmən bəlli olub. 

Oxu.Az xəbər verir ki, isveçli forvard gözlənildiyi kimi, İtaliyanın “Milan” klubu ilə anlaşıb. 

Bu barədə A Seriyası nəhənginin mətbuat xidməti məlumat yayıb.  

Azad agent olan veteran forvardla müqavilənin detalları açıqlanmayıb. Amma tərəflərin 6 aylıq anlaşmaya imza atdığı iddia olunur. 

Qeyd edək ki, Zlatan İbrahimoviç geridə qalan mövsüm MLS liqasında iştirak etdiyi 31 matçda 31 qol, 8 assistlə yadda qalıb. 

İsveç yığmasının sabiq forvardı 2010-2012-ci illərdə də “Milan”ın formasını geyinib.