Prezident və xanımı Atletlər və Media kəndlərinin açılışlarında iştirak ediblər » Memur.az

Prezident və xanımı Atletlər və Media kəndlərinin açılışlarında iştirak ediblər

Prezident və xanımı Atletlər və Media kəndlərinin açılışlarında iştirak ediblər

İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 25-də birinci Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışlarında iştirak ediblər.
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, İlham Əliyev və xanımı əvvəlcə Atletlər kəndində olublar.
Gənclər və idman naziri Azad Rəhimov dövlət başçısına və xanımına görülmüş işlərlə bağlı məlumat verib.
Bildirilib ki, Atletlər kəndində 13 yaşayış və bir inzibati bina fəaliyyət göstərir. Yaşayış binalarındakı 1042 mənzildə 7499 nəfərin qalması üçün hər cür şərait var.
Prezident və xanımı mənzillərdə, ticarət mərkəzində, eləcə də dünya və Azərbaycan mətbəxinin nümunələrinin təqdim olunduğu yeməkxanalarda, tibb məntəqəsində yaradılan şəraitlə tanış olublar.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Media kəndində olublar. Azərbaycan Prezidenti Media kəndinin rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısı və xanımı akkreditasiya, klub-istirahət mərkəzlərinə, media nümayəndələri üçün mənzillərə və yeməkxanaya baxıblar.
Media kəndindəki dörd yaşayış binasında ümumilikdə 536 mənzil var ki, burada da 1830 nəfər qala bilər. Media kəndində 500 yerlik yeməkxana, klub-əyləncə və s. mərkəzlər fəaliyyət göstərdiyi haqqında məlumat verilib.