Tarix : 7-11-2019, 00:17 | Bölmə: idman

Bu iki komanda Çempionlar Liqasının 1/8 mərhələsinə vəsiqəni təmin etdiUEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun iki oyunu artıq bitib.

“Bavariya” öz meydanında, “Yuventus” isə səfərdə qələbə qazanıb.

Almaniya təmsilçisi Yunanıstanın “Olimpiakos” komandası ilə görüşdə iki cavabsız qol vurub. Qolları 69-cu dəqiqədə polşalı Robert Levandovski və 89-cu dəqiqədə xorvatiyalı İvan Perişiç vurub. Bununla da münhenlilər 12 xalla 1/8 mərhələnin biletini təmin ediblər.

D qrupunda isə İtaliyanın “Yuventus” klubu Moskvada 1:2 hesablı qələbə qazanıb. Hesabı 4-cü dəqiqədə “Yuventus”dan Aaron Remsi açıb. 12-ci dəqiqədə Aleksey Mirançuk bərabərlik qolu vurub. Lakin əlavə olunmuş dəqiqələrdə “Yuventus”un oyunçusu Duqlas Kosta mükəmməl qolu ilə komandasını irəli çıxara bilib. Bununla da “Yuventus”un xallarının sayı 10-a çatıb və növbəti mərhələni təmin edib.

Oxşar xəbərlər