Avropa çempionatında uğurlu gün: Kişilər Çexiyaya, qadınlar Rumıniyaya qalib gəldi » Memur.az

Avropa çempionatında uğurlu gün: Kişilər Çexiyaya, qadınlar Rumıniyaya qalib gəldi

Avropa çempionatında uğurlu gün: Kişilər Çexiyaya, qadınlar Rumıniyaya qalib gəldiBu gün Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə milli komandalararası Avropa çempionatında IV turun oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, kişilərdən və qadınlardan ibarət millilərimiz də növbəti görüşlərini keçiriblər.

Şəhriyar Məmmədyarov (2767), Arkadi Naydiç (2643), Rauf Məmmədov (2645) və Qədir Hüseynovdan (2660) ibarət kişi yığmamız Çexiya ilə qarşılaşıb.

Rauf Məmmədovun qələbə qazandığı, digərlərinin isə heç-heçə oynadığı qarşılaşmada yığmamız 2.5 - 1.5 hesabı ilə qələbə qazanıb.

Günay Məmmədzadə (2427), Xanım Balacayeva (2368), Gülnar Məmmədova (2369) və Türkan Məmmədyarovadan (2314) ibarət qadınlar yığmamız isə Rumıniyadan güclü olub – 2.5 - 1.5.