“Qarabağ”ı Lüksemburqda yeddi qolla gözləyirlər » Memur.az

“Qarabağ”ı Lüksemburqda yeddi qolla gözləyirlər

“Qarabağ”ı Lüksemburqda yeddi qolla gözləyirlərUEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biri Lüksemburq təmsilçisi “Düdelanj” yerli çempionatında növbəti oyununu keçirib.

Oxu.Az xəbər verir ki, komanda səfərdə “Viktoriya” ilə üz-üzə gəlib.

“Düdelanj” səfərdən 7 cavabsız qollu qələbə ilə dönüb.

7 turdan sonra xal hesabını 7-yə çatdıran “Düdelanj” 8-ci pilləyə yüksəlib.

Qeyd edək ki, “Düdelanj”ın növbəti oyunu Avropa Liqasında təmsilçimiz “Qarabağ”a qarşı olacaq.

Sözügedən görüş oktyabrın 3-də baş tutacaq.