V Uşaq Paralimpiya Oyunlarının vaxtı açıqlandı » Memur.az

V Uşaq Paralimpiya Oyunlarının vaxtı açıqlandı

V Uşaq Paralimpiya Oyunlarının vaxtı açıqlandıAzərbaycanda V Uşaq Paralimpiya Oyunlarının keçiriləcəyi vaxt dəqiqləşib.

Oxu.Az xəbər verir ki, V Uşaq Paralimpiya İdman Oyunları 14 noyabrda keçiriləcək.

V Uşaq Paralimpiya İdman Oyunlarında ölkənin müxtəlif regionlarından olan sağlamlıq imkanları məhdud uşaqlar cüdo, boççia, stolüstü tennis, taekvondo, üzgüçülük, qolbol, pauerliftinq və əlil arabasında rəqs idman növləri üzrə yarışacaq.

Qeyd edək ki, beynəlxalq təcrübədə ilk dəfə olaraq Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb. 2014-cü ildən başlayaraq hər il ölkə üzrə Uşaq Paralimpiya İdman Oyunları keçirilir.