“Qalatasaray”dan səfər xalı, “Tottenhem” qələbəni əldən verdi » Memur.az

“Qalatasaray”dan səfər xalı, “Tottenhem” qələbəni əldən verdi

“Qalatasaray”dan səfər xalı, “Tottenhem” qələbəni əldən verdiÇempionlar Liqasında qrup mərhələsinin I turunda ikinci oyun günündə iki qarşılaşma keçirilib.

Oxu.Az xəbər verir ki, Belçikada “Qalatasaray” “Brügge”yə qonaq olub, Yunanıstanda isə “Tottenhem” “Olimpiakos”la üz-üzə gəlib.

A qrupunun Belçikada baş tutan görüşündə azarkeşlər qol izləməyiblər. İstanbullular turnirə səfərdə qazanılan bir xalla start veriblər.

“Olimpiakos” - “Tottenhem” matçında isə hesab 2:2 olub.

Qeyd edək ki, günün digər 6 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayıb.