Tarix : 16-09-2019, 00:16 | Bölmə: idman

Azərbaycan klubu Dünya Kubokunun qalibi olduBakıda baş tutan VII arena polo üzrə dünya kubokunun qalibi Azərbaycan komandası olub.

Oxu.Az xəbər verir ki, turnirin həlledici görüşündə “Elit Hors” (Azərbaycan) və “Los Noçeros” (Almaniya) qarşılaşıblar.

Yüksək ustalıq nümayiş etdirən komandamız final görüşündən qalib ayrılıb - 15:4.

Beləliklə, Bakı komandası I, Münster klubu II olub. İsveçrənin Sent Morits şəhərini təmsil edən “Eviva” III, Rusiya paytaxtı Moskvanın “Planernaya” komandası isə IV yeri tutub.

Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev qalib olan komandamıza turnirin kubokunu və qiymətli hədiyyələri təqdim edib.

Turnirin ən yaxşı oyunçusu komandamızın poloçusu Elçin Camallı seçilib.

Qeyd edək ki, gələn il sentyabrın 10-dan 20-dək səkkiz komandanın iştirak edəcəyi polo üzrə Avropa çempionatı da Azərbaycanda təşkil olunacaq.

Oxşar xəbərlər