Tarix : 16-09-2019, 00:15 | Bölmə: idman

Güləş millimizin dünya çempionatında ikinci medalı gümüş oldu - YENİLƏNİBQazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan yığmasının ikinci medalı gümüş olub.

Oxu.Az xəbər verir ki, 2011-ci ilin Avropa çempionu, ötən ilin qitə üçüncüsü Rafiq Hüseynov karyerasının ən yüksək nəticəsini qazanmağa yaxın olub.

O, dünya çempionatının finalında gürcü Laşa Qobadze ilə qarşılaşıb və 3:5 hesabı ilə uduzub.

Dünya çempionatında millimizin hələlik bir gümüş və bir bürünc medalı var.



17:28

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan yığması ilk medalını qazanıb.

Oxu.Az xəbər verir ki, ötən ilin dünya və Avropa çempionu Eldəniz Əzizli (-55 kq) bürünc medal uğrunda görüşdə amerikalı Maks Nuri ilə qarşılaşıb.

İdmançımız rəqibinə 8:0 hesabı ilə qalib gəlib.

Bu gün qeyri-Olimpiya çəkisində Rafiq Hüseynov (-82 kq) da final görüşünə çıxacaq.

Qeyd edək ki, bu gün dünya çempionumuz Rəsul Çunayev (-67 kq) də mübarizəyə qoşulub. Lakin tanınmış idmançımız macar rəqibinə 8:0 qalib gəlsə də, cənubi koreyalı güləşçiyə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Oxşar xəbərlər