Millimiz Avropa çempionatına üç medalla başladı » Memur.az

Millimiz Avropa çempionatına üç medalla başladı

Millimiz Avropa çempionatına üç medalla başladıFinlandiyanın Vantaa şəhərində keçirilən cüdo üzrə gənclərin Avropa çempionatı start götürüb.

Oxu.Az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan təmsilçilərindən 60 kq-da yarışan Rövşən Əliyev gümüş, Əhməd Yusifov isə bürünc medal qazanıb.

66 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşdə Azərbaycanın iki cüdoçusu üz-üzə gəlib.

İbrahim Əliyev üçüncü yer uğrunda qarşılaşmada Davud Abbaslını məğlub edib.

Beləliklə, millimiz qitə çempionatına üç medalla başlayıb.