Güləşçilərimiz dünya çempionatını altı medalla başa vurdular » Memur.az

Güləşçilərimiz dünya çempionatını altı medalla başa vurdular

Güləşçilərimiz dünya çempionatını altı medalla başa vurdularEstoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı sona çatıb.

Oxu.Az xəbər verir ki, son gündə yunan-Roma güləşçiləri millimizə bir gümüş və bir bürünc medal qazandırıb.

Əsgər Əlizadə (-60 kq) bu gün təsəlliverici görüşə çıxıb və 1 dəqiqə 20 saniyə ərzində əlcəzairli güləşçini 8:0 hesabı ilə mübarizədən kənarlaşdıraraq bürünc medal qarşılaşmasına vəsiqə qazanıb.

Həlledici görüşdə Qırğızıstan idmançısı Talastan Xəncərbəyoğlunu da tam üstünlüklə (11:2) məğlub edən Əlizadə dünya üçüncüsü olub.

Dünən ilk görüşündə erməni Samvel Qriqoryanı 5:2 hesabı ilə məğlub etmiş 2016-cı ilin gənclər arasında Avropa çempionu Ülvi Qənizadə (-72 kq) finalda mübarizə aparıb.

Lakin həmyerlimiz həlledici qarşılaşmada Rusiya güləşçisi Sergey Stepanovla görüşdə uduzub. Gərgin keçən görüşdə rəqib 3:1 qalib gəlib və Qənizadə gümüş medalı boynundan asıb.

Qeyd edək ki, ümumilikdə güləş millilərimiz dünya çempionatını altı medalla (iki gümüş və dörd bürünc) başa vurub.