Qurban Qurbanov sürprizdən çəkinir: Ehtiyatlı olmalıyıq » Memur.az

Qurban Qurbanov sürprizdən çəkinir: Ehtiyatlı olmalıyıq

Qurban Qurbanov sürprizdən çəkinir: Ehtiyatlı olmalıyıqAPOEL-in gücü hər kəsə məlumdur. Hesab edirəm ki, bu barədə ətraflı danışmağa ehtiyac yoxdur.

Oxu.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının III təsnifat mərhələsində Kipr təmsilçisi APOEL-lə üz-üzə gələcək ağdamlıların baş məşqçisi matçla bağlı fikirlərini bölüşüb.

O, rəqibin heyətindəki dəyişiklikləri şərh edib: “Ötən mövsümə nisbətən rəqibin heyətində ciddi dəyişikliklər olub, bəzən belə məqamlarda bu dəyişikliklər komandanın xeyrinə olur. Çünki komandanın ötən mövsümkü heyətini analiz etdikdə bu mövsüm oyunlarda sürprizlərlə qarşılaşa bilərsən. Rəqibin heyətində sürətli, təhlükəli futbolçular kifayət qədərdir, ona görə kimisə fərqləndirmək istəməzdim. Biz də çalışıb diqqətli oynamalıyıq, səhvlərə yol verməməliyik. Rəqibin azarkeşləri çox çılğındırlar, sayları az olsa belə stadionu dolu göstərməyə çalışacaqlar. Təbii ki, dolu tribunalar önündə oynamaq xoşdur, amma biz yalnız meydana konsentrasiya olmalıyıq”.

Qeyd edək ki, APOEL – “Qarabağ” görüşü sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.