Bir güləşçimiz medal qazandı, digəri döşəyə çıxa bilmədi » Memur.az

Bir güləşçimiz medal qazandı, digəri döşəyə çıxa bilmədi

Bir güləşçimiz medal qazandı, digəri döşəyə çıxa bilmədiBolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmə güləşçilərin dünya çempionatında Azərbaycan ikinci medalını qazanıb.

Oxu.Az xəbər verir ki, sərbəst güləşdə Murad Haqverdiyev (-45 kq) bürünc medal uğrunda görüşdə qırğızıstanlı Vladislav Nikandrovu 10:8 hesabı ilə məğlub edib.

Digər güləşçimiz Fərhad Kərimli (-60 kq) yaponiyalı Yoshinosuke Aoyaqi ilə bürünc medal görüşünə zədələndiyi üçün çıxa bilməyib.

Qeyd edək ki, dünən Cəbrayıl Hacıyev dünya çempionu olaraq Azərbaycana ilk medalı qazandırıb.