“Neftçi” hücumçusu ilə vidalaşdı » Memur.az

“Neftçi” hücumçusu ilə vidalaşdı

“Neftçi” hücumçusu ilə vidalaşdı“Neftçi” hücumçu Kvame Karikari ilə yolları ayırıb.

Klubun saytından verilən məlumata görə, 27 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, 2017/2018-ci illər mövsümündə “Neftçi”nin heyətində 10 oyunda 2 qola imza atmış Karikari son mövsümü icarə əsasında BƏƏ-nin “Əl Oruba” klubunda keçirib.