Güləşçimiz erməni rəqibinə dərs keçdi » Memur.az

Güləşçimiz erməni rəqibinə dərs keçdi

Güləşçimiz erməni rəqibinə dərs keçdiİspaniyanın Pontevedra şəhərində keçirilən gənc güləşçilər arasında Avropa çempionatında Azərbaycan güləşçisi Laçın Vəliyev erməni rəqibi ilə qarşılaşıb.

Azərbaycan Güləş Federasiyasının məlumatına görə, 87 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda Hakob Baqdasaryana dərs keçərək (9:0) növbəti mərhələyə yüksəlib. Bundan əvvəl L.Vəliyev finlandiyalı Yuho Matias Pahikayneni eyni hesabla məğlub edib. Onun 1/4 finalda rəqibi macar David Losonşi olacaq.

Digər təmsilçilərimizdən Zaur Əliyev (55 kq) Avropa çempionatına iddialı start verib. Güləşçimiz birinci görüşündə Bolqarıstan idmançısı Denis Demirova ilk hissə bitmədən qalib gəlib – 9:0. Onun 1/4 finaldakı rəqibi Danimarka təmsilçisi Nikolay Soheyl Məhəmmədi olacaq.

63 kq-da yarışan Zaur Nuriyev də yarışa zəfərlə başlayıb. Təmsilçimiz portuqaliyalı rəqibi Daniel Morais Kaldası cəmi 36 saniyəyə məğlub edərək (8:0) 1/4 finala vəziqə qazanıb. Bu mərhələdə Z.Nuriyev gürcü Leri Abuladze ilə qarşılaşacaq.

Sərxan Məmmədov da 1/4 finala yüksəlməyi bacarıb. O, ilk görüşdə Çexiyadan olan rəqibini vaxtından əvvəl məyus edib – 12:3.