Avropa çempionlarımız Bakıdadır » Memur.az

Avropa çempionlarımız Bakıdadır

Avropa çempionlarımız BakıdadırRumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa Çempionatında üçüncü yer tutan yığmamız bu gecə Bakıya qayıdıb.

Oxu.Az xəbər verir ki, güləşçilərimizi Heydər Əliyev adına Hava Limanında azarkeşlər və media nümayəndələri qarşılayıb.

Üçqat Avropa və üçqat dünya çempionumuz Hacı Əliyev bildirib ki, qazandığı qələbəni üç il əvvəl aprel ayında baş verən döyüşlər zamanı şəhid olanların xatirəsinə ithaf edib.

Digər çempionumuz Cəbrayıl Həsənov qazanılan qızıl medalın yarışlara qədər keçən gərgin məşqlərin nəticəsi olduğunu bildirib.

Yığma komandamız üç qızıl, bir gümüş və iki bürünc medal olmaqla, ümumilikdə 145 xal toplayaraq, komanda hesabında 162 xalı olan Rusiya və 156 xalı olan Türkiyədən sonra üçüncü yerdə qərarlaşıb.

Millimizə xalları səkkiz güləşçi qazandırıb. Komandamızın hesabına çempionlar - Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov hərəyə 25, gümüş medalçı Ağahüseyn Mustafayev 20, bürünc medalçılar - Mahir Əmiraslanov və Nurməhəmməd Hacıyev hərəsi 15, beşinci yerlə kifayətlənən Hacımurad Hacıyev və Murad Süleymanov isə hərəyə 10 xal yazdırıb.