İngiltərə Premyer Liqası: “Liverpul” birinciliyini qorudu » Memur.az

İngiltərə Premyer Liqası: “Liverpul” birinciliyini qorudu

İngiltərə Premyer Liqası: “Liverpul” birinciliyini qoruduFutbol üzrə İngiltərə Premyer Liqasında 31-ci turun növbəti oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, çempionatın favoritlərindən olan “Liverpul” səfərdə “Fulhem” komandasını məğlub edib.

Hesab matçın 26-ci dəqiqəsində açılıb. Sadio Mane Roberto Firminonun ötürməsindən sonra qapıya dəqiq zərbə endirib - 0:1.

Qarşılaşmanın ikinci hissəsində Zerhak Anguissa hesabı bərabərləşdirib - 1:1.

Matçın bitməsinə yeddi dəqiqə qalmış “Liverpul” hesabda yenidən önə keçib. Hakimin cərimə meydançasında qayda pozuntusuna görə təyin etdiyi 11 metrlik cərimə zərbəsini Jeyms Milner dəqiq zərbə ilə tamamlayıb - 1:2.

Otuz bir oyunda 78 xal toplayan “Liverpul” hazırda turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

Onun əsas rəqibi “Mançester siti” 76 xalla ikinci yerdədir.