UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinə start verildi » Memur.az

UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinə start verildi

UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinə start verildiMartın 7-də UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinə start verilib.

Mərhələnin ilk beş oyununda növbəti hesablar qeydə alınıb:

“Dinamo” (Zaqreb, Xorvatiya) - “Benfika” (Portuqaliya) - 1:0;

“Ayntraxt” (Frankfurt, Almaniya) - “İnter” (İtaliya) - 0:0;

“Renn” (Fransa) - “Arsenal” (İngiltərə) - 3:1;

“Sevilya” (İspaniya) - “Slaviya” (Praqa, Çexiya) -2:2;

“Zenit” (Rusiya) - “Vilyarreal” (İspaniya) - 1:3.

Xatırladaq ki, saat 00:00-da mərhələnin daha üç qarşılaşması keçiriləcək. “Çelsi” - “Dinamo” ilə, “Napoli” - “Zaltsburq”a, “Valensiya” isə “Krasnodar”la qarşılaşacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda reallaşacaq.