Azərbaycanın Olimpiadada iştirakçı sayı məhdudlaşdırılıb » Memur.az

Azərbaycanın Olimpiadada iştirakçı sayı məhdudlaşdırılıb

Azərbaycanın Olimpiadada iştirakçı sayı məhdudlaşdırılıbAzərbaycanın ağırlıqqaldırma idman növündə Olimpiadada iştirakçı sayı məhdudlaşdırılıb.

Oxu.Az xəbər verir ki, buna səbəb 2008-ci il Pekin Olimpiadasından sonra iyirmidən çox idmançıda dopinq-testin müsbət çıxmasıdır.

Bunu Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının baş direktoru Attila Adamfi deyib. Topla Hokkey Federasiyasının vitse-prezidenti də olan macarıstanlı mütəxəssis bildirib ki, 2020-ci ildə keçiriləcək Tokio Olimpiadasında hər bir ölkə maksimum səkkiz idmançı ilə təmsil oluna bilər. Lakin 2008-ci ildən bəri iyirmidən çox idmançısı dopinqə düşmüş MDB ölkələri – Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan və Rusiyaya iki atletdən çox təmsil olunmağa icazə verilmir.