Qurban Qurbanov: Bu oyunu əsl derbi adlandırardım » Memur.az

Qurban Qurbanov: Bu oyunu əsl derbi adlandırardım

Qurban Qurbanov: Bu oyunu əsl derbi adlandırardımMaraqlı oyun alındı. Bu oyunu əsl derbi adlandırardım.

Oxu.Az “Qarabağ” klubunun saytına istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi” ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Hər iki komanda qalib gəlmək istəyirdi. Bugünkü oyunu daha da gözəlləşdirən isə azarkeşlər oldu. Həm “Neftçi”, həm də “Qarabağ” azarkeşləri yaxşı dəstək nümayiş etdirdilər. Futbolçulara təşəkkür edirəm. Layiqli mübarizə apardılar. Çatışmazlıqlar var. İlk oyun olmasına baxmayaraq, pis alınmadı. Düşünülmüş hücumlar qurduq. Bir neçə matça daha da hazır olacağıq. Üç xal geridəyik. Qalib gəlsəydik, daha yaxşı olardı. Qarşıdakı matçlara ciddi hazırlaşmalıyıq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ” – “Neftçi” oyunu 1:1 hesabı ilə başa çatıb.