“Beşiktaş”da maaş ala bilməyən futbolçu küsüb getdi » Memur.az

“Beşiktaş”da maaş ala bilməyən futbolçu küsüb getdi

“Beşiktaş”da maaş ala bilməyən futbolçu küsüb getdi“Beşiktaş” klubu hücumçu Vaqner Lav ilə yollarını ayırıb.

Oxu.Az xəbər verir ki, 34 yaşlı braziliyalı hücumçu məvacibini ala bilmədiyi üçün müqaviləni ləğv edib.

Lav Braziliyanın “Korintians” klubuna qayıdacaq. Onun bu klubla iki il müddətinə müqavilə bağlayacağı bildirilir.

Qeyd edək ki, braziliyalı futbolçu bu mövsüm “Beşiktaş”ın heyətində 15 oyunda meydana çıxıb və yeddi qol vurub.