“Fənərbağça"nın avtobusunu yenə daş-qalaq etdilər » Memur.az

“Fənərbağça"nın avtobusunu yenə daş-qalaq etdilər

“Fənərbağça"nın avtobusunu yenə daş-qalaq etdilər

Türkiyənin “Fənərbağça” futbol klubunun avtobusu növbəti hücuma məruz qalıb. APA-nın “TGRT Haber”ə istinadən verdiyi xəbərə görə, insident Türkiyə Kubokunun yarımfinalında “Bursaspor”la oyundan əvvəl baş verib.

Məlumata görə, 30 nəfərədək azarkeşdən ibarət qrup avtobusu daş-qalaq edib. Futbolçulardan xəsarət alan olmayıb.


Xatırladaq ki, bir müddət əvvəl “Fənərbağça” futbol klubunun avtobusu hücuma məruz qalıb. Aprelin 4-də axşam “Çaykur Rizəspor”la oyundan sonra İstanbula qayıtmaq üçün Trabzon şəhərinin hava limanına yola düşən “Fənərbağça”nın avtobusu Trabzonun Sürmənə rayonu ərazisində atəşə tutulub. Naməlum şəxs ov tüfəngindən avtobusun sürücüsünə tərəf atəş açaraq qaçıb. Nəticədə sürücü yaralanıb.