Salah “Liverpul”un ən bahalı oyunçusu oldu » Memur.az

Salah “Liverpul”un ən bahalı oyunçusu oldu

Salah “Liverpul”un ən bahalı oyunçusu olduMisir yığmasının hücumçusu Məhəmməd Salah imzaladığı yeni müqavilədən sonra “Liverpul” klubunun ən qazanclı futbolçusu olub.

Oxu.Az xəbər verir ki, bununla bağlı “Daily Mail” nəşri məlumat yayıb.

Yeni müqaviləyə əsasən, Salah 2023-cü ilədək “Liverpul”un formasını geyinəcək və həftəsinə 200 min funt (226 min avro) qazanacaq.

Məhəmməd Salah 2017-ci ilin yayında “Liverpul” klubuna “İtaliyanın “Roma” klubundan keçib.

Onun transfer qiyməti 42 milyon avrodur. 26 yaşlı futbolçu ötən sezon premyer-liqada 36 oyuna 32 qol vurmaqla rekord qırıb.

Memur.az