“Neftçi” heyətinə daha bir xorvatı qatdı » Memur.az

“Neftçi” heyətinə daha bir xorvatı qatdı

“Neftçi” heyətinə daha bir xorvatı qatdıTransfer çalışmalarını davam etdirən “Neftçi” daha bir futbolçu ilə heyətini gücləndirib.

Oxu.Az xəbər verir ki, Bakı klubu xorvatiyalı yarımmüdafiəçi Qoran Paratski ilə müqavilə imzalayıb.

31 yaşlı yarımmüdafiəçi növbəti mövsümün sonuna qədər “Neftçi”nin uğurları üçün çalışacaq. Paratski yeni komandasının heyətində 6 nömrəli forma ilə mübarizə aparacaq.

Qeyd edək ki, Qoran Paratskinin son klubu Avstraliyanın “Velinqton Feniks” klubu olub. O, ölkəsinin 19 yaşadək yığmasında forma geyinib.

Xatırladaq ki, “Neftçi” daha əvvəl xorvat müdafiəçi Slavko Braliçi heyətinə qatmışdı.

Memur.az