DÇ-2018: Xorvatiyadan inamlı qələbə » Memur.az

DÇ-2018: Xorvatiyadan inamlı qələbə

DÇ-2018: Xorvatiyadan inamlı qələbəRusiyada keçirilən futbol üzrə dünya çempionatının D qrupunda növbəti oyun keçirilib.

Oxu.Az-ın xəbərinə görə, Kalininqrad şəhərinin mərkəzi arenasında keçirilən qarşılaşmada Xorvatiya yığması Nigeriya komandasını 2:0 hesabı ilə məğlub edib.

Matçın 32-ci dəqiqəsində Etobo avtoqola imza atıb. 71-ci dəqiqədə isə Modriç penalti zərbəsində xorvatların üstünlüyünü iki topa çatdırıb.

Bu qrupun digər qarşılaşmasında Argentina və İslandiya yığmaları 1:1 hesablı heç-heçəyə qalıblar.

İlk turdan sonra Xorvatiya 3 xalla qrupa başçılıq edir. Argentina və İslandiya yığmalarının hesabında 1 xal var. Nigeriya isə 0 xalla sonuncudur.

Memur.az