Şehiçin hansı klubda oynayacağı məlum oldu » Memur.az

Şehiçin hansı klubda oynayacağı məlum oldu

Şehiçin hansı klubda oynayacağı məlum olduAğdamın “Qarabağ” klubundan ayrılan qapıçı İbrahim Şehiçin yeni komandası müəyyənləşib.

Oxu.Az “erzurumhaber.com.tr”yə istinadən xəbər verir ki, qolkiperin karyerasını Türkiyədə davam etdirəcəyi artıq dəqiqdir.

Bosniyalı qolkiper “Ərzurumspor”un şərəfini qoruyacaq. Yeni mövsümdə Superliqada mübarizə aparacaq Ərzurum klubu Şehiçin bu keçidə ilkin razılığını alıb. Onun qarşıdakı günlərdə şəhərə gələrək, münasibətləri rəsmiləşdirməsi gözlənilir.

Bundan əvvəl Şehicin “Parma” klubuna keçə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Memur.az