Azərbaycan millisindən 21 pilləlik sıçrayış – REYTİNQ » Memur.az

Azərbaycan millisindən 21 pilləlik sıçrayış – REYTİNQ

Azərbaycan millisindən 21 pilləlik sıçrayış – REYTİNQFİFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 21 pillə irəliləyib.

Hazırda 321 xala malik komandamız 105-ci pillədə qərarlaşıb.

İyunun 9-da Azərbaycan yığması ilə yoldaşlıq görüşü keçirəcək Latviya on pillə irəliləyib. Bu komanda 129-cu pillədədir.

Yığmanın Millətlər Liqasındakı rəqibləri də yüksəliş əldə ediblər. Üç pillə irəliləyən Farer adaları millisi 90-cı, 11 pillə qalxan Kosovo 197 xalla 141-ci, bir pillə yüksələn Malta 65 xalla 184-cü yerdədir.

Qeyd edək ki, yenə siyahıya 1558 xala malik Almaniya başçılıq edir. Braziliya 2-ci, Belçika 3-cüdür. Qardaş Türkiyə millisi bir pillə geriləyərək 38-ci yerə düşüb.

Memur.az