“Ronaldu” “Real”dan gedəcəyini bildirib » Memur.az

“Ronaldu” “Real”dan gedəcəyini bildirib

“Ronaldu” “Real”dan gedəcəyini bildiribPortuqaliyalı futbolçu Kriştianu Ronaldu hələ çempionlar liqasının finalı ərəfəsində komanda yoldaşlarına “Real”dan ayrılmaq qərarına gəldiyini bildirib.

Oxu.Az xəbər verir ki, bu haqda “Marca” məlumat yayıb.

Nəşrin məlumatına görə, portuqaliyalı forvard öz niyyətini heç kimdən gizlətməyib və klub rəhbərliyi ilə onun arasında “soyuq yellərin əsdiyini” açıq şəkildə ifadə edib.

Ancaq Ronaldunun “Liverpul” üzərində qələbədən dərhal sonra jurnalistlərə verdiyi açıqlamada klubda gedəcəyinə eyham vurması komanda yoldaşlarını təəccübləndirib. Bəzi “Real” futbolçuları Ronalduya öz iradlarını bildirib.

Kral klubunun rəhbərliyi hələlik bu barədə sussa da, oyunçuların əksəriyyəti onun “Real”da sonuncu matçını keçirdiyinə əmindir.

Xatırladaq ki, mayın 26-da “Real”ın heyətin meydana çıxan Ronaldu Çempionlar Liqasının beşinci dəfə qalibi olaraq, turnirin rekordçusuna çevrilib. “Liverpul”a qarşı keçən və 3:1 hesabı ilə nəticələnən matçda Ronaldu fərqlənə bilməyib.

Ronaldu 2009-cu ildən bəri “Real”ın şərəfini qoruyur.

Memur.az