İkardini Argentina millisindən Messi çıxartdırıb » Memur.az

İkardini Argentina millisindən Messi çıxartdırıb

İkardini Argentina millisindən Messi çıxartdırıbMilanın “İnter” klubunun hücumçusu Mauro İkardi Argentina millisinin 2018-ci il dünya çempionatı üçün elan edilmiş heyətə düşməyib.

Oxu.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, buna İkardi ilə Messi arasında yaşanan münaqişə səbəb olub.

İkardi Messinin dostu Maksi Lopesin həyat yoldaşını “əlindən aldığına” görə, Leo ona qarşı kin bəsləyir və baş məşqçiyə onu heç bir halda yığmaya çağırmamağı tapşırıb.

İkardi İtaliyanın “A” seriyasının 2017/2018 mövsümünün əsas bombardiridir. Ümumilikdə keçirdiyi 34 oyuna 29 qol vurub.

25 yaşlı argentinalı yığmada 2017-ci ilin noyabr ayından çıxış edib. Millinin heyətində cəmi dörd oyunda meydana çıxıb.

Messi Argentina millisinin kapitanıdır. 2005-ci ildən bəri yığmada 123 matç keçirib və 61 dəfə seçilib.

Memur.az