Messiyə beşinci dəfə “Qızıl Buts” veriləcək » Memur.az

Messiyə beşinci dəfə “Qızıl Buts” veriləcək

Messiyə beşinci dəfə “Qızıl Buts” veriləcəkİspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi 2017/2018 mövsümünün yekununda “Qızıl Buts” mükafatının sahibi olub.

Oxu.Az xəbər verir ki, argentinalı hücumçu başa çatan La Liqada 36 oyuna 34 qol vurub.

Bununla da 68 xal yığan Messi “Liverpul”un forvardı Məhəmməd Salahı (Premyer Liqada 36 oyuna 32 qol) üstələyib. O, bu göstəricidə Kriştianu Ronaldu, Edinson Kavani, Robert Levandovski və Hari Keyn kimi futbolçuları da qabaqlayıb.

Daha əvvəl o, 2010, 2012, 2013 və 2017-ci illərdə də Avropa ölkələrinin çempionatlarında ən yaxşı bombardiri olub.

Qeyd edək ki, “Qızıl Buts” reytinqində oyunçunun vurduğu qolların cəmi çempionatın müvafiq əmsalına vurulur. “Böyük 5-lik” çempionatlarında hər qol iki xalla qiymətləndirilir.

Memur.az