"Renault"un pilotu: "Formula 1"in ən sürətli yolu Bakıdadır" » Memur.az

"Renault"un pilotu: "Formula 1"in ən sürətli yolu Bakıdadır"

"Renault"un pilotu: "Formula 1"in ən sürətli yolu Bakıdadır"Bakı. 24 aprel. REPORT.AZ/ "Formula 1"in ən sürətlı yolu Bakıdadır. Azərbaycanda çox maraqlı bir yol var, divarlar sizi gözləyir".

“Report” xəbər verir ki, bunu "Renault"un pilotu Niko Hülkenberq "Formula 1"in Bakıda keçiriləcək mərhələsi barədə danışarkən deyib.

"Azərbaycanda çox maraqlı bir yol var, orada divarlar sizi gözləyir.Yaxşı nəticə əldə etmək üçün, dairəni mükəmməl keçmək lazımdır, ancaq həddindən artıq çalışmaq vacibdir.

"Formula 1"in ən sürətli yolu Bakıdadır. Buada ötmələr üçün yerlər var. Azərbaycandakı mərhələ fanatların xoşuna gəlir", - deyə Hülkenberq əlavə edib.

Memur.az