Ronaldodan daha bir rekord » Memur.az

Ronaldodan daha bir rekord

Ronaldodan daha bir rekord

Ronaldo İspaniya çempionatının son oyununda daha bir rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, “Real”ın super ulduzu İspaniyada ardıcıl 5 mövsüm 50 və daha artıq qol vuran futbolçu kimi tarixə düşüb.

Belə ki, “Real” – “Malaqa” görüşünün son dəqiqələrində Ronaldonun fərqlənməyi ilə cari mövsümdə komandasının heyətində 50-ci topunu vurub.

Qeyd edək ki, “Malaqa” ilə doğma meydanında üz-üzə gələn “Real” 3:1 hesablı qələbəyə sevinib. Həmin matçda iki məhsuldar ötürmə ilə Ronaldo, özünün göstəricisini bu baxımdan da yaxşılaşdırıb. O, La liqanın builki mövsümdə assistlərinin sayını 14-də çatdırıb. Buna qədər həmin göstərici 12 idi və 2011-2012-ci illərdə qeydə alınmışdı.