Pəhləvanlarımız 16 medal qazandı » Memur.az

Pəhləvanlarımız 16 medal qazandı

Pəhləvanlarımız 16 medal qazandı

Heydər Əliyev adına İdman Arenasında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir.

ANS PRESS-in məlumatına görə, yarışın üçüncü günündə - aprelin 18-də Azərbaycan millisi yarışı 4 qızıl, 3 gümüş və 9 bürünc medalla başa vurub.

Turnirin üçüncü günündə 128 yeniyetmə sərbəst güləşçi mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Yerbolat Axmedov (42 kq, Qazaxıstan), Rustambek Yurayev (46 kq, Özbəkistan), Yulomyev Abdullayev (50 kq, Özbəkistan), Abbas Raxmonov (54 kq, Özbəkistan), Fazil Həsənov (58 kq, Azərbaycan), Qurban Qurbanov (63 kq, Azərbaycan), İsmayıl Abdullayev (69 kq, Azərbaycan), Əhliman Quliyev (76 kq, Azərbaycan), Şeymansur İdrisov (85 kq, Rusiya) və Xasanboy Raximov (100 kq, Özbəkistan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunublar.

Aprelin 19-da yekun vurulacaq test xarakteri daşıyan turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak edirlər.