Cüdoçumuz “Böyük Dəbilqə”də üçüncü oldu » Memur.az

Cüdoçumuz “Böyük Dəbilqə”də üçüncü oldu

Cüdoçumuz “Böyük Dəbilqə”də üçüncü olduFransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük Dəbilqə” yarışı keçirilib.

Oxu.Az-ın məlumatına görə, beynəlxalq turnirdə 71 ölkədən 399 cüdoçu mübarizə aparıb.

Milli komandamız mötəbər çempionatda bir bürünc medal qazanıb.

Qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) Paris turnirində 3-cü yeri tutub.

ABŞ, Belarus və Fransa idmançılarına qalib gələn Azərbaycan cüdoçusu yalnız Yaponiya təmsilçisinə uduzaraq ölkəmizə bürünc medal qazandırıb.

Memur.az