Simeone: ""Qarabağ"la dueldəki zərbədən sonra » Memur.az

Simeone: ""Qarabağ"la dueldəki zərbədən sonra

Simeone: ""Qarabağ"la dueldəki zərbədən sonra


"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının (ÇL) IV turunda "Qarabağ"la görüş zamanı bərabərlik (1:1), La Liqanın XI turunda isə "Deportivo" ilə matçda qələbə (1:0) qoluna imza atan Tomas Parteyi təbrik edib.

Memur.Az goal.az-a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis La-Korunya təmsilçisi ilə qarşılaşmadan sonra bildirib ki, komandası ötən mövsümlə müqayisədə daha yaxşı oynayır: "Qarabağ"la dueldə aldığımız zərbədən sonra bugünkü oyunla fəxr edirəm. Komandamız çoxlu qol imkanı yaratdı. Ötən mövsümlə müqayisədə daha yaxşı oynayırıq və 3 xal artıq toplamışıq. Bu həftə iki oyun keçirdik. Çünki ÇL-də də matçımız vardı. Nəticələr istədiyimiz kimi olmasa da, komanda irəli atıldı və yaxşı çalışır. Bütün futbolçularımın səyləri xoşuma gəldi. Tomas isə işini çox yaxşı gördü. Biz həftə boyunca çalışırıq və hər şeyin yaxşısını etməyin məsuliyyətini daşıyırıq".

Qeyd edək ki, "Atletico" La Liqada 23 xalla 4-cü pillədə qərarlaşıb. ÇL-də isə 4 turdan sonra 3-üncü pillədədirlər.