Qənirə Paşayeva futbolçu qızlarla görüşüb » Memur.az

Qənirə Paşayeva futbolçu qızlarla görüşüb

Qənirə Paşayeva futbolçu qızlarla görüşüb

Millət vəkili Q.Paşayeva Tovuzda istedadlı idmançı gənclərlə görüşüb, bayramlarını təbrik edib və qayğıları ilə maraqlanıb.





Millət vəkili Qənirə Paşayeva Tovuzda istedadlı ismançı gənclərlə görüşüb. Lent.az-ın məlumatına görə, Q.Paşayeva gənclərin bayramlarını təbrik edib, onların qayğıları ilə maraqlanıb.



Rayonun gənc futbolçu qızları ilə görüşən millət vəkili Q.Paşayeva Tovuzun qadın futbolunda öndə olmasından məmun olduğunu, amma bunun üçün daha da böyük potensial olduğunu bildirib. Qızları uğurlarına və cəsarətlərinə görə təbrik edən millət vəkili Tovuzdan qadınlardan ibarət Azərbaycan millisi üçün bundan sonra da yaxşı futbolçu qızların yetişəcəyinə inandığını deyib.



Sonra millət vəkili Q.Paşayeva rayonun Düz Qızıqlı kəndində futbol, həndbol, basketbol və bir sıra digər idman növü ilə məşğul olan gənclərlə də görüşüb. O, daha sonra Düz Qırıqlı kənd orta məktəbində olub və məktəb rəhbərliyi ilə görüşüb.