Ulduz futbolçu Andora liqasında oynayacaq » Memur.az

Ulduz futbolçu Andora liqasında oynayacaq

Ulduz futbolçu Andora liqasında oynayacaq

Argentina futbolunun tanınmış siması Xavyer Saviola şok qərarla diqqət çəkib. Apasport.az saytı xəbər verir ki, 34 yaşlı hücumçu Andorraya yollanıb.

Karyerası ərzində “Real” və “Barselona” kimi dünya nəhənglərinin formasını geyinmiş Saviola Andorranın “Ordino” klubu ilə anlaşıb. Yerli mətbuatda yayılan məlumata görə, bu ilin yanvar ayında “River Pleyt”dən ayrılan ulduz futbolçu həyat yoldaşı Romanela Amato ilə birlikdə Andorraya köçmək qərarına gəlib. Onun “Ordino”da həm məşqçi, həm də futbolçu funksiyasını yerinə yetirəcəyi bildirilib.

Qeyd edək ki, Argentina millisinin sabiq üzvü karyerası ərzində “Real” və “Barselona”dan başqa, “River Pleyt”, “Monako”, “Sevilya”, “Benfika”, “Malaqa”, “Olimpiakos” və “Verona” klublarının formasını geyinib. “Dovşan” ləqəbli oyunçu 2005-ci ildə FİFA tərəfindən yaşayan 125 futbolçu arasında göstərilmişdi