ABŞ səfiri amerikalı və azərbaycanlı şahmatçılarla görüşüb Böyüt » Memur.az

ABŞ səfiri amerikalı və azərbaycanlı şahmatçılarla görüşüb Böyüt

ABŞ səfiri amerikalı və azərbaycanlı şahmatçılarla görüşüb  Böyüt

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta 42-ci Şahmat Olimpiadasında iştirak etmək üçün Bakıya gələn ABŞ milli şahmat komandasının üzvləri ilə görüşüb.

Səfirlikdən APA-ya məlumata görə, Respublika Şahmat Mərkəzində keçirilən görüşdə yerli şahmatçılar da iştirak edib.

R. Sekuta Birləşmiş Ştatlarda şahmatın inkişafına Bencamin Franklindən başlayaraq ABŞ-ın keçmiş təhsil naziri Terrel Bellə qədər bir sıra müəllimlər tərəfindən dəstək verildiyini qeyd edib. Səfir Azərbaycanda şahmatın inkişafı istiqamətində Azərbaycan hökuməti və Azərbaycan Şahmat Federasiyası tərəfindən atılan addımları qeyd edib, ölkələrimiz arasındakı əlaqələrin qurulması baxımından bu cür tədbirlərin və təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi vurğulayıb.