Naycel De Yonq “Qalatasaray”a keçib Böyüt » Memur.az

Naycel De Yonq “Qalatasaray”a keçib Böyüt

Naycel De Yonq “Qalatasaray”a keçib  Böyüt


“Qalatasaray” hollandiyalı futbolçu Naycel De Yonqu heyətinə qatıb.

Apasport.az saytının məlumatına görə, istanbullular 31 yaşlı oyunçu ilə iki illik müqavilə imzalayıb.

MLS liqası klublarından “Los Anceles Qalaksi”dən transfer edilən yarımmüdafiəçi Türkiyədə oynayacağı 2 ildə 5 milyon avro qazanacaq. Keçid üçün amerikalılara isə heç bir məbləğ ödənməyəcək.

Qeyd edək ki, sərt oyunu ilə məşhur olan dayaq yarımmüdafiəçisi “qəssab” və “sümükqıran” ləqəbləri ilə tanınır.