Əfsanəvi idmançı, dünya və ikiqat Avropa çempionu vəfat etdi » Memur.az

Əfsanəvi idmançı, dünya və ikiqat Avropa çempionu vəfat etdi

Əfsanəvi idmançı, dünya və ikiqat Avropa çempionu vəfat etdi

Məşhur sovet basketbolçusu Nina Yeremina dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, idman şərhçisi və REN TV-nin sabiq aparıcısı 82 yaşında vəfat edib.

Yereminanın qohumlarının REN TV-yə verdiyi xəbərə görə, son günlər o, Moskva ətrafında bağ evində yaşayırmış. Onun həyat yoldaşının çağırdığı həkimlər bildiriblər ki, sabiq basketbolçu öz əcəli ilə dünyasını dəyişib.

Qeyd edək ki, Yeremina karyerasına 16 yaşında Moskva “Dinamo”sunda başlayıb. 1960-cı ildə Avropa çempionatında Bolqarıstanla görüşdə sona 3 saniyə qalmış məhz onun atışı SSRİ komandasına qızıl medal qazandırıb. 4 qat SSRİ, 2 qat Avropa çempionu olan Yeremina bir dəfə də dünya çempionatının qalibi adını qazanıb.

1961-ci ildə o ilk dəfə idman şərhçisi kimi efirə çıxıb. Yeremina 4 Yay Olimpiya Oyunlarından reportajlar hazırlayıb. Bu reportajlarda sovet basketbolçuları iştirak ediblər. O, 18 il 1-ci kanalda efirə çıxan “Vremya” verilişində azarkeşlərə idman yeniliklərini çatdırıb. Bundan sonra REN TV-də “Sport-Kuryer” verilişini aparıb. 2000-ci ildə Yeremina Vladimir Menşovun “Allahların həsədi” filmində öz obrazını oynayıb.