"Avro-2016": Türkiyə 1/8 finala çıxa bilmədi » Memur.az

"Avro-2016": Türkiyə 1/8 finala çıxa bilmədi

"Avro-2016": Türkiyə 1/8 finala çıxa bilmədi“Avro-2016”da qrup mərhələsinin oyunlarına yekun vurulub.

Memur.az-ın məlumatına görə, bununla da, 1/8 finalın bütün iştirakçıları müəyyənləşib.

D qrupunda mübarizə aparan Türkiyə millisi son oyununda Çexiyanı 2:0 hesabı ilə məğlub etsə də, bu nəticə 1/8 finala adlamaq üçün yetərli olmayıb. Ən yaxşı qrup üçüncüsü kimi qrupdan çıxmaq şanslarını saxlayam türklər diqqətlərini E qrupunda keçiriləcək iki oyuna yönəltmişdi. Lakin həmin görüşlərdə də Fatih Terimin komandasına sərf edəcək nəticələr qeydə alınmayıb. Belədə E qrupundan İtaliya, Belçika və İrlandiya yığmaları 1/8 finala adlayan komandalar olub.

Beləliklə, ilk dəfə yeni formatda keçirilən Avropa çempionatının 1/8 finalında aşağıdakı komandalar mübarizə aparacaq:

A qrupu: Fransa və İsveçrə

B qrupu: Uels, İngiltərə və Slovakiya

C qrupu: Almaniya, Polşa və Şimali İrlandiya

D qrupu: Xorvatiya və İspaniya

E qrupu: İtaliya, Belçika və İrlandiya

F qrupu: Macarıstan, İslandiya və Portuqaliya


Memur.az