Aqolli: “Avro-2016”da “Qarabağ”ı təmsil etməkdən qürur duyuram” » Memur.az

Aqolli: “Avro-2016”da “Qarabağ”ı təmsil etməkdən qürur duyuram”

Aqolli: “Avro-2016”da “Qarabağ”ı təmsil etməkdən qürur duyuram”Albaniya millisinin və “Qarabağ”ın futbolçusu Ansi Aqolli Türkiyə millisinin “Avro-2016”nın D qrupunda bu gün İspaniya ilə qarşılaşacağı oyun haqda fikirlərini bildirib.

Qol.az-ın məlumatına görə, “Anadolu” xəbər agentliyinə açıqlama verən 34 yaşlı müdafiəçi Türkiyəni dəstəklədiyini deyib:

“Türkiyənin Xorvatiya ilə oyununu izlədim. Heç də pis çıxış etmədilər. Sadəcə, bəzi səhvlərdən uduzdular. Xorvatiya dünyanın ən yaxşı futbolçularından qurulan komandadır və onlara uduzmaq dünyanın sonu deyil. Türkiyənin qrupda yaxşı yer tutacağına inanıram”.

Fransaya uduzduqları oyun haqda da danışan Aqolli bəxtlərinin gətirmədiyini bildirib: “Qarşımızda dünyanın ən güclü komandalarından biri var idi. Biz onlarla başa-baş mübarizə apardıq. Bu, bizim üçün yeni bir təcrübə oldu”.

Aqolli açıqlamasında “Qarabağ”ı da unutmayıb: “Fransaya gələn futbolçuların əksəriyyəti böyük klubları təmsil edir. Mən isə Avropa Çempionatında Azərbaycanın “Qarabağ” klubunu təmsil etdiyim üçün qürur duyuram”.

Memur.az