“İnter”in keçmiş futbolçusu Azərbaycan vətəndaşlığından imtina etdi » Memur.az

“İnter”in keçmiş futbolçusu Azərbaycan vətəndaşlığından imtina etdi

“İnter”in keçmiş futbolçusu Azərbaycan vətəndaşlığından imtina etdiO, yeni klubla müqavilə imzalayıb.

Azərbaycanın “Sumqayıt” və “İnter” klublarının keçmiş futbolçusu Abdulla Abasiyev Rusiyanın Armavir şəhərini təmsil edən “Torpedo” klubuna transfer olunub.

Memur.Az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi “İnteri” bu qış tərk edib. Əslən Vladiqafqazdan olan futbolçu həm Azərbaycan, həm də Rusiya vətəndaşıdır.

Lakin, “İnter”lə yollarını ayırarkən o, bildirib ki, Rusiya çempionatında legioner kimi çıxış etməmək üçün, Azərbaycan vətəndaşlığından imtina edəcək. Bunun üçün Rusiyada əcnəbi futbolçular digər ölkənin milli yığmasını təmsil etməyəcəkləri barədə sənəd doldururlar.

Qeyd edək ki, Armavirin “Torpedo” klubu Rusiya Birinci divizionunun autsayderidir. Komanda 24 turdan sonra 16 xal toplayıb və turnir cədvəlində sonuncu 20-ci yerdə qərarlaşıb.