Rövnəq Abdullayev namizədliyini irəli sürdü » Memur.az

Rövnəq Abdullayev namizədliyini irəli sürdü

Rövnəq Abdullayev namizədliyini irəli sürdüAFFA məlumat yaydı.

Martın 11-də keçiriləcək növbəti Hesabat-Seçki Konfransında seçiləcək AFFA prezidenti vəzifəsinə ilk namizədin adı açıqlanıb.

Memur.Az xəbər verir ki, assosiasiyanın hazırkı rəhbəri Rövnəq Abdullayev namizədliyini irəli sürüb.

Bu, AFFA-nın Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndinə əsasən gerçəkləşib. 2 dəfə bu vəzifəyə seçilən Abdullayev növbəti dəfə seçkilərdə qalib gəlsə, üçüncü dördillikdə assosiasiyaya başçılıq edəcək.

Qeyd edək ki, Rövnəq Abdullayev ilk dəfə 2008-ci ildə, ikinci dəfə isə 2012-ci ildə AFFA-nın prezidenti seçilib.