"Neftçi"nin baş məşqçisi dəyişdi » Memur.az

"Neftçi"nin baş məşqçisi dəyişdi

"Neftçi"nin baş məşqçisi dəyişdi

Ötən gün "Neftçi"nin Müşahidə Şurasının iclası keçirilib.

Memur.Az goal.az-a istinadən xəbər verir ki, iclasda bir sıra qərarlar qəbul olunub:

1. İcraçı direktor Elnur Məmmədova "Neftçi"nin xərclərini mövcud iqtisadi duruma uyğun olaraq optimallaşdırması tapşırılıb.

2. "Neftçi"nin əsas komandasının baş məşqçi funksiyasının icrasını Əsgər Abdullayevin davam etdirməsinə qərar verilib.

Qeyd edək ki, Samir Əliyevin istefasından sonra komandanın baş məşqçi vəzifəsi ilin sonuna qədər Əsgər Abdullayevə həvalə olunub. Klubun son iclasında Ə.Abdullayevin vəzifəsində saxlanılmasına qərar verilib.