Futbolçu ailəsinə görə Azərbaycanı tərk edir » Memur.az

Futbolçu ailəsinə görə Azərbaycanı tərk edir

Futbolçu ailəsinə görə Azərbaycanı tərk edir

"Qəbələ" hücumçusu Fakundo Pereyra ilə yollarını ayırmağa hazırlaşır.

Memur.Az apasport.az-a istinadən xəbər verir ki, 28 yaşlı oyunçu karyerasını vətənində davam etdirəcək.

"Qırmızı-qaralar" mövsümlərarası fasilədə 6 aylıq icarəyə götürdüyü Pereyranı saxlamaqda maraqlı deyillər. Lakin hücumçu 2018-ci ilə qədər müqaviləsi qüvvədə olan PAOK-a da qayıtmayacaq. Bunu Argentina mətbuatına forvardın meneceri Luis Belveder deyib. O bildirib ki, Pereyra dekabrın 19-da "Qarabağ"la oyunda son dəfə "Qəbələ"nin formasını geyinəcək və ayın 21-də Azərbaycandan ayrılaraq Buenos-Ayresə yollanacaq.

Yenicə ata olan Pereyra həyat yoldaşının yanında olmaq üçün karyerasını vətənində davam etdirmək qərarına gəlib. Hətta menecerindən ölkəsində klub axtarışına başlamağı da istəyib. Artıq iki yerli komanda - "Qodoy Kruz" və "Ximnasiya" futbolçunun meneceri ilə təmasa keçiblər. PAOK rəhbərliyinin də bu keçidə razılıq verməsi gözlənilir.

Qeyd edək ki, Fakundo Pereyra bu mövsüm "Qəbələ"nin heyətində keçirdiyi 18 oyunda 5 qola imza atıb.